• 1_2.jpg
  • 2_2.jpg
  • 3_2.jpg
  • 4_2.jpg
  • 5_2.jpg
GPS
There are no translations available.

GPS naviqasiya – hərəkət edən obyektin koordinatlarını bir neçə metr dəqiqliyi ilə müəyyən etməyə imkan verən peyk naviqasiya sistemi kompleksidir. Global Positioning System və ya GPS peyk naviqasiya sistemi ABŞ-da hazırlanmışdır və əvvəlcə hərbi-sənaye kompleksinin ehtiyacları üçün istifadə olunmuşdur. ABŞ hökuməti 1 may 2000-ci il tarixində GPS sistemindən istifadə etmənin xüsusi tələblərini ləğv etdi və vətəndaşların bu texnologiyadan istifadə etməsi mümkün oldu.

GPS naviqator- bir korpusda olan qəbuledici və kompüterdən ibarətdir. Qəbuledici orbitdə yerləşən peykdən siqnalları qəbul edir, kompüter isə siqnalın şifrini açır və qəbuledicinin coğrafi yerini müəyyən edir. Obyektə GPS- qəbuledici qoymaqla GPS naviqasiyanın köməyi ilə monitorinq aparmaq imkanına malik olursunuz. Misal üçün, GPS naviqasiya yaxta, kater, dəmir yolu vaqonu və ya avtomobil kimi obyektlərin izlənməsi üçün çox rahatdır. Bir çox böyük nəqliyyat şirkətləri GPS naviqatorların köməyi ilə öz maşınlarının dəqiq yerini bilirlər. GPS naviqatoru öz avtomobilinizə qoymaqla siz hər zaman avtomobilinizin harada olduğunu biləcəksiniz.

GPS naviqasiya , həm də, əhəmiyyəti az olmayan, digər üstünlüyə malikdir. Obyektin dəqiq koordinatları məlum olarsa, onda dispetçer və ya bort kompüteri lazım olan istənilən nöqtəyə qədər olan optimal marşrutu asanlıqla hesablaya bilərlər. Beləliklə, avtomobildəki GPS naviqasiya yükdaşımaları effektiv təşkil etməyə, fəaliyyəti koordinasiya etməyə və bilavasitə hər bir avtomobili izləməyə imkan verir. GPS naviqasiya, həmçinin, həm quruda, həm də dənizdə və ya azmış turistlərə vaxtında yardım göstərmək üçün istifadə edilə bilər.

İmkanlarını qısa şəkildə aşağıdakı kimi göstərmək olar :
  • Yer üzərində yüksək dəqiqliklə olduğunuz yerin koordinatlarını müəyyən etmək;
  • Heç bir problem olmadan marşrutun son nöqtəsinə getmək və ilkin nöqtəsinə geri qayıtmaq;
  • Obyektin başlanğgıc və son noqtəsini bildiyiniz zaman onun hərəkət marşrutunu hazırlamaq. Bunu magistral və yerli yolları nəzərə almaqla etmək imkanı. Tanış olmayan şəhərin küçələri ilə marşrutun hazırlanması;
  • Marşrutun hazırlanmasında tıxacların, maneələrin, yanacaq doldurma məntəqələrinin, təmir olunan yolların nəzərə alınması imkanı;
  • Yolun təhlükəli hissələrinin, yolüstü kafelərin, DYP postlarının, motellərin marşrut üzərində qeyd edilə bilməsi imkanı;

GPSdən kimlər tərəfindən istifadə edilə bilər.
  • Hərbi məqsədlər üçün. Misal üçün, silahın obyektə yüksək dəqiqliklə yönəldilməsi.
  • Dəniz və aviasiya naviqasiyası. İndi yalnız su üzərində və havada deyil, həm də dəniz və okeanların dərinliklərində sualtı işlər aparmaq, batmış gəmiləri tapmaqda istifadə etmək mümkündür.
  • Xilasetmə xidmətləri. Axtarış və xilasetmə işlərində xərclərin dəfələrə azalmasına gətirir. Xilas etmə zamanını dəfələrlə qısaldır. Koordinatları 1m dəqiqliyi ilə müəyyən edilir.
  • Fərdi naviqasiya. İstənilən şəxs GPS sistemini şəxsi məqsədləri üçün istifadə edə bilər. Ovçular, balıqçılar, alpinistlər, turistlər və digər aktiv dincəlməni sevənlər bu sistemdən istifadə edə bilərlər.
  • Elmi məqsədlər üçün. Bu GPS sistemi alimlər tərəfindən dəqiəq vaxt mənbəyi kimi istifadə edilə bilər. Naviqasiya peyklərindən siqnalların qəbul edilməsi zamanı qəbuledicidə qoyulmuş saatı peykdəki atom saatı ilə sinxronlaşdırmaq olar. GPS nanosaniyə dəqiqliyi ilə vaxtı təyin etməyə imkan verir.
  • Avtomobil nəqliyyatının monitorinqi. Avtomobildə quraşdırılmış GPS-naviqator nəqliyyat vasitəsinin, sürücüsünün işini monitorinq edə bilir və bunun nəticəsi olaraq optimal marşrut seçirik. Bu isə yanacağın qənaətinə və yüklərin vaxtında Sifarişçiyə çatdırılmasını təmin edir.
  • Mühafizə sistemləri. GPS funksiyalı mühafizə sistemləri avtomobillərin qaçırılmasının qarşısını almaqda kömək edirlər. Bu sistem qaçırılmış avtomobilin yerini dəqiq müəyyən edir və onun tezliklə tapılmasını təmin edir.
  • İstənilən obyektlərin müşahidə edilməsi. Miniatür GPS naviqatorların köməyi ilə uşaqlarınızı, yaxınlarınızı hər zaman müşahidə edə bilərsiniz.bilÉ™rsiniz.