• 1_2.jpg
  • 2_2.jpg
  • 3_2.jpg
  • 4_2.jpg
  • 5_2.jpg
CIS
There are no translations available.

Coğrafi informasiya sistemi (CİS) coğrafi məlumatların toplanması, saxlanması, analiz edilməsi və mövqeyə söykənərək məlumatı göstərməsi üçün istifadə olunan sistemdir. CİS texnologiyası rəqəmsal məlumatı müxtəlif yaratma metodlara əsaslanır. Ənənəvi metodlardan biri xəritəni və ya tədqiq planı, elektron skanerlərin və xüsusi proqram təminatının köməyi ilə rəqəmsal formaya çevirməkdir. Qlobal Naviqasiya Sisteminin (GPS) qəbuledicilərindən əldə edilən və qeo-verilənlər bazasına yazılan kordinatlarda CİS`a daxil edilir. Müasir CİS texnologiyası xəritə istehsalı üçün rəqəmsal informasiyanı peyk və ya təyyarədən çekilmiş təsvirlərdən istifadə edir
Dağlar, yollar, göllər, ölkələr və şəhərlər kimi xəritə əsaslı məlumatlar CİS daxilində ayrı qatlarda saxlanılır. Kartoqrafiya və verilənlər bazası texnologiyaları özündə cəmləşdirən CİS məlumatı saxlamaq və bazadan oxumaq üçün coğrafi mövqeyi nəzərə alır. Bu system coğrafiya, kartoqrafiya, naviqasiya, uzaqdan idarə etmə və ekoloji təsirin qiymətləndirməsində istifadə olunur.
“İDRAK Texnoloji Transfer” şirkətinə daxil olan peşəkar verilənlər bazası layihəçiləri, proqram təminatı mühəndisləri və CİS analitiklər qrupları naviqasiyada, sürətli idarəetmədə və şəbəkə əsaslı internet üzərində xəritə təsviri üçün tətbiqi proqramları inkişaf etdirirlər.