• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
GPS monitoring

Müasir şəraitdə operativ məlumat, hər bir şəxsin fərdi təhlükəsizliyinin təmin olunmasında və ümumiyyətlə biznesdə ən vacib göstəricidir. Məlumatların ötürülməsinin texniki vasitələrinin sürətli inkişafı və peyk rabitə sistemləri real zaman rejimində hərəkətdə olan obyektlərə nəzarət və onların izlənilməsi üçün effektiv sistemlərin yaradılmasına imkan verir.
Mobil obyektlərin operativ idarə olunması üçün sizin yaxınlarınızın, şəxsi və iş maşınlarınızın, yük və əşyalarınızın harada yerləşməsi haqqında məlumatların olması vacibdir.
İDRAK Texnoloji Transfer şirkəti hərəkətdə olan obyektlərin peyk monitorinq sistemini işləyib hazırlamışdır. Şirkətin uzun müddət tətbiqi kompüter proqramlarının işlənilib hazırlanmasındakı təcrübəsi daha effektiv, rahat və sadə idarəetmə sistemlərinin yaratmasına imkan verir.

SİSTEMİN FUNKSİONALLIĞI:

    Ümumi:
  • Nəzarət olunan obyektlərdan gələn məlumatlar müəyyən zaman ərzində məlumatlar bazasında saxlanılır;
  • İstifadəçi real zaman rejimində nəzarət etdiyi obyektin hərəkətini muşahidə edir;
  • Nəzarət olunan obyekt haqqında xəbərdarlıqlar istifadəçiyə göndərilir;
  • Xəbərdarlıqlar elektron poçta və mobil telefona göndərilir və ya real rejimdə dispetçerin ekranında göstərilir.
    Vətəndaşlar::
  • İstifadəçiyə göndərilən xəbərdarlıqlar və serverə gələn coğrafi koordinatlar müəyyən müddət ərzində məlumat bazasında saxlanılır;
  • Arxivdən nəzarət olunan şəxsin keçmişdəki hərəkətinin və göndərilmiş xəbərdarlıqların yenidən göstərilməsi;
  • İstifadəçi istədiyi zaman intervalını və məlumatların göstərilmə sürətini seçir;
  • Uşaqlar, yeniyetmələr və yaşlı insanların real zaman rejimində hərəkətlərinin müşahidə olunması;
  • Nəzarət olunan şəxsin müəyyən coğrafi əraziyə daxil olması və ya bu ərazinin hüdudlarından çıxması haqda xəbərdarlıqların göndərilməsi.
    Hüquqi şəxslər:
  • Avtomobillərin hərəkəti, dayanma yeri və müddəti, yanacağın miqdarı müəyyən zaman ərzində məlumatlar bazasında saxlanılır;
  • İstifadəçi məlumat bazasından yanacaq sərfinin statistikasına baxa bilər;
  • İstifadəçi məlumat bazasından keçmiş tarixdə avtomobillərin hərəkəti, sürəti və dayanma yerləri və müddəti haqqında məlumata xəritə üzərində baxa bilər;
  • İstifadəçiyə, ona məxsus avtomobillər sürət limitini aşdıqda, yolun istiqamətinin əksinə hərəkət etdikdə xəbərdarlıqlar göndərilir;
  • Avtomobilin yolun istənilən kəsiyində hərəkət sürəti və çəndəki yanacağın həcmi xəritə üzərində göstərilir;
  • Sistem yanacaq sərfini analiz edərək çəndən yanacağın çəkilməsi hallarını müəyyən edir və harada, nə vaxt, hansi miqdarda yanacaq doldurulduğunu göstərir.
    Taksilər:
  • Taksilərin hərəkəti, dayanma yeri və müddəti, yanacağın miqdarı, sərnişinlərinin sayı müəyyən vaxt ərzində məlumatlar bazasında saxlanılır;
  • Real zamanda taksinin gün ərzində dayandığı yerlər və dayanma müddəti xəritə üzərində qeyd edilir;
  • Dispetçer taksi sifarişinin hardan gəldiyini ünvan vasitəsi ilə və ya xəritə üzərində qeyd edir və sistem qeyd olunmuş ünvana ən yaxın bir və ya bir neçə taksini müəyyən edir;
  • Dispetçer taksidə hal hazırda sərnişinin olub olmamasını təyin edir.
    Marşrut taksi və avtobuslar:
  • Xəritə üzərində marşrut taksi və ya avtobusların hansı dayanacağa nə vaxt çatmaları və dayanacaqda nə qədər müddət dayanmağı göstərilir.
  • Real zamanda istifadəçi xəritə üzərində ona məxsus hər bir marşrut taksi və ya avtobusların yerini və hərəkətini müşahidə edir.
  • İstifadəçi marşrut taksi və avtobuslarla bağlı məlumatları sistemə daxil edir və daxil olunmuş məlumatları sonradan redaktə edə bilir:
    1. Hər bir marşrut taksi və ya avtobusun marşrutunu xəritə üzərində yollar vasitəsilə göstərir;
    2. Dayanacaqları xəritə üzərində qeyd edir;
    3. Hər bir marşrut taksi və ya avtobusun dayanacaqlara çatma vaxtını daxil edir;
    4. Marşrut taksi və avtobusların dayanacaqlarda maksimal dayanma müddətini daxil edir.
  • İstifadəçi ona məxsus marşrut taksi və ya avtobusun təyin edilmiş marşrutdan və ya qrafikdən kənara çıxması, sürət limitini aşması və yolun istiqamətinin əksinə hərəkət etməsi haqda xəbərdarlıq alır;
  • İstifadəçi istədiyi zaman arxivdan keçmiş tarixdə marşrut taksi və ya avtobusların hərəkətinə və göndərilmiş xəbərdarlıqlara yenidən baxa bilər;
  • Serverə gələn məlumatlar müəyyən müddətdə məlumatlar bazasında saxlanılır.
    Yük maşınları:
  • İstifadəçi ona məxsus yük maşınlarının istənilən vaxt hansı çəkidə yük daşıdığını görür;
  • İstifadəçi maksimal icazə verilən yükün çəkisini sistemə daxil edir;
  • stifadəçi yük maş ınlarının mexanizm və aqreqatlarının (aqreqat yandırılıb-söndürülüb, qalxıb-düşüb; özüboşaldan maşının kuzovu, betondaşıyanın mikseri, avtokranın oxu, ekskvatorun kovşu, buldozerin bışağı və s., həm də onların vəziyyətinin dəyişmə dinamikası) işini müşahidə edir;
  • Sistem yük maşını normadan artıq yükgöturmə hallarında, sürət limitini aşdıqda və ya yolun istiqamətini əksinə hərəkət etdikdə istifadəçiyə bunun haqqında xəbərdarlıq göndərir.
    Xüsusi təyinatlı texnika:
  • Xəbərdarlıqlar arxivdə saxlanılır və istənilən vaxt istifadəçi keçmiş tarixdə baş vermiş xəbərdarlıqlara baxa bilər;
  • İstifadəçi xüsusi texnikanın işlədiyi ərazini xəritə üzərində qeyd edir;
  • İstifadəçi ona məxsus texnikanın göstərilmiş ərazidən çıxması hallarında xəbərdarlıq alır;
  • Sistem texnikanın hərəkəti, sürəti, yanacağın miqdarı haqqında məlumatları müəyyən vaxt məlumatlar bazasında saxlayır.