• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
GPS navigator

GPS naviqasiya – hərəkət edən obyektin koordinatlarını bir neçə metr dəqiqliyi ilə müəyyən etməyə imkan verən peyk naviqasiya sistemi kompleksidir. Global Positioning System və ya GPS peyk naviqasiya sistemi ABŞ-da hazırlanmışdır və əvvəlcə hərbi-sənaye kompleksinin ehtiyacları üçün istifadə olunmuşdur. ABŞ hökuməti 1 may 2000-ci il tarixində GPS sistemindən istifadə etmənin xüsusi tələblərini ləğv etdi və vətəndaşların bu texnologiyadan istifadə etməsi mümkün oldu.
GPS naviqator bir korpusda olan qəbuledici və kompüterdən ibarətdir. Qəbuledici orbitada yerləşən peyklərdən siqnalları qəbul edir, kompüter isə siqnalın şifrini açır və qəbuledicinin coğrafi yerini müəyyən edir. Obyektə GPS- qəbuledici qoymaqla GPS naviqasiyanın köməyi ilə monitorinq aparmaq imkanına malik olursunuz. Misal üçün, GPS naviqasiya yaxta, kater, dəmir yolu vaqonu və ya avtomobil kimi obyektlərin izlənməsi üçün çox rahatdır. Bir çox böyük nəqliyyat şirkətləri GPS naviqatorların köməyi ilə öz maşınlarının dəqiq yerini bilirlər. GPS naviqatoru öz avtomobilinizə qoymaqla siz hər zaman avtomobilinizin harada olduğunu biləcəksiniz.
GPS naviqasiya, həm də, əhəmiyyəti az olmayan, digər üstünlüyə malikdir. Obyektin dəqiq koordinatları məlum olarsa, onda dispetçer və ya bort kompüteri lazım olan istənilən nöqtəyə qədər olan optimal marşrutu asanlıqla hesablaya bilərlər. Beləliklə, avtomobildəki GPS naviqasiya yükdaşımaları effektiv təşkil etməyə, fəaliyyəti koordinasiya etməyə və bilavasitə hər bir avtomobili izləməyə imkan verir. GPS naviqasiya, həmçinin, həm quruda, həm də dənizdə və ya azmış turistlərə vaxtında yardım göstərmək üçün vacibdir.

 

    Bizim naviqatorlar və naviqasiya sistemi klassik sistemlərdə olmayan bir sıra maraqlı funksiyalara malikdirlər:
  • Öz koordinatlarının, sürətinin və hərəkət istiqamətinin monitorinq mərkəzinə ötürülməsi;
  • Xəritə və proqramların yeni versiyalarının sorğuya görə və ya avtomatik olaraq alınması. Xəritə və ya proqramların hər yeni versiyasını, bizim sistemin istifadəçiləri üçün, İnternet vasitəsilə almaq mümkünlüyü;
  • Yolların yüklənməsi ilə bağlı məlumatlara müraciət etmək imkanı, bu məlumatların hər beş dəqiqədən bir yenilənməsi.
  • GPS qəbuledicin işləməsi cətin olan ərazilərdə program təminatının, elektron akselerometr və kompasın köməyi ilə koordinatların hesablanması. Xəritədə mövqenin təyin olunmasının keyfiyyəti və yerin əks olunmasının dəqiqliyi, naviqasiya siqnalının qəbulu və emal edilməsi hissəsində, GPS qəbuledicinin proqram və aparat realizasiyasından asılıdır. Siqnal qəbulunun keyfiyyəti qəbuledicinin RF hissəsinin həssaslığı ilə xarakterizə edilir. Siqnalın emal edilməsi xüsusi ixtisaslaşdırılmış mikroprosessorların köməyi ilə həyata keçirilir. Müasir çipsetlər, yüksək binalar, yaxud sıx yarpaqlı ağaclıqlar kimi ağır ətraf mühit şərtlərində belə, peyklərdən siqnalların etibarlı və əminliklə qəbul edilməsini təmin edirlər.

Korporativ monitorinq sisteminin (misal üçün, «Yanğın Təhlükəsizliyi», «Təcili Yardım», «Taksi», polis maşınları, xilasedicilər və sairə) bir parçası olaraq bizim mobil naviqatorlar əlavə funksiyalar da yerinə yetirə bilərlər. Məsələn, naviqatorlar bu maşınlar üçün monitorinq mərkəzindən- mobil rabitə ilə ötürmə yolu ilə - məqsədli ünvan («haraya getmək») barəsində məlumat ala bilərlər. və yaxud ərazinin üç ölçülü modelinin də alınması mümkündür. Bu model yanğın təhlükəsizliyi dəstəsi üçün çox faydalı ola bilər, çünki, güc və vasitələrin planlaşdırılması və yerləşdirilməsi üçün adi xəritədən daha informativdirlər. Eyni ilə, bu qaydada, təcili yardım maşınları, misal üçün, bort kompüterlərinin köməyi ilə xəstəxanalara boş yerlərin mövcüdluğu barəsində sorğu verə bilərlər.

>
    Funksional imkanlar:
  • quot;>Marşrutun ünvana görə avtomatik seçilməsi: Xərtitədə lazım olan küçənin və ya evin axtarılması, xüsusi ilə naməlum yerdə, çox da rahat deyildir. Buna görə bu funksiyanın istifadəsi zamanı marşrutun son nöqtəsini daxil etmək kifayətdir ki, sistem özü seçilmiş ayarlamanı ən qısa, tez və ya qənaətli nəzərə alaraq avtomatik olaraq marşrut seçəcəkdir. Son nöqtə kimi küçə və evin nömrəsi göstərilməklə dəqiq ünvan, yaxud “maraqlı” nöqtələr kitabxanasından olan obyektlər: əczaxana, kinoteatr, YDM və başqaları göstərilə bilərlər. Qeyd etmək lazımdır ki, bu funksiya yalnız qəbuledicinin imkanlarından deyil, həm də istifadə olunan xəritədən asılıdır. Xəritə marşrutun avtomatik salınması funksiyasını dəstəkləməlidir və bunun üçün hərəkətin istiqaməti, yol örtüyünün xarakteri, yol işarələri, nişanları və sair göstərilməklə ərazinin yol şəbəkəsi haqqında məlumatları özündə saxlamalıdır.
  • Sensorlu idarəetmə: Avtomobil naviqatorlarının əksəriyyətinin idarə edilməsi düymə və müxtəlif tipli coystiklər vasitəsi ilə həyata keçirilir. Hərəkət zamanı kursoru xəritədəki obyektin üzərinə gətirmək, yaxud marşrutun növbəti nöqtəsini seçmək hər zaman rahat deyildir. Bu məsələləri sadələşdirmək üçün müasir naviqatorların idarə edilməsi sensorlu displeyin köməyi ilə yerinə yetirilir. Menyunun düymələri bilavasitə ekranda əks olunurlar, xəritədə nöqtəni seçmək üçün oraya barmağınızla toxunmaq yetər, mətni isə virtual klaviaturanın köməyi ilə daxil etmək mümkündür.
  • Səsli xatırlatmalar: Yol hərəkətinin intensivliyi sürücüdən diqqətli olmaq və fikrini cəmləşdirməni tələb edir. Buna görə də salınmış marşrutun nəzarəti ilə bağlı istənilən diqqət yayındırıcı faktorlar yol hadisəsinə gətirə bilər. Marşrutun səsli müşayiəti, yəni marşrutun mühüm nöqtələrindəki xatırlatmalar, bu riskləri əhəmiyyətli dərəcədə azaldır. Məlahətli qadın (və ya kişi) səsi ən yaxın dönmə və son nöqtəyə çatma barəsində əvvəlcədən xəbərdarlıq edəcəkdir. əgər qəbuledici bazasında radarlar və ya Yol Patrul Xidməti postları barəsində məlumatlar varsa, onda sürət həddini aşma haqqında xəbərdar edəcəkdir.
  • İç yol xəritələri: Marşrutu dəqiq planlaşdırmaq və cihaza zəruri xəritələr dəstini əvvəlcədən yükləmək həmişə mümkün olmur. Bundan əlavə, qəbuledicidə xəritələrin yadda saxlanması üçün istifadə edilən daxili yaddaşın ölçüsü məhduddur. Yüklənmiş xəritələrdən asılı olmayaraq, istənilən zaman cari yer haqqında informasiya ala bilmək üçün qəbuledicidə yol xəritələrinin baza dəsti olmalıdır.
  • Yol nöqtələri: Avtomobil naviqasiyasının prinsipləri istifadə olunan xəritələrə yerləşdirilmiş yollar şəbəkəsi informasiyasından asılıdır. Buna görə də bəzi avtomobil naviqatorları marşrutun son nöqtəsi qismində yalnız evünvanlarını, nöqtələr kitabxanasından (POİ) obyektləri, yol qovşaqlarını və sairəni seçməyə imkan verirlər. Elə hallar yaranır ki, yol şəbəkəsindən uzaqda olan bir nöqtəni vermək lazım olur.
  • GPS siqnalların qəbuledicisi: Xəritədə mövqenin təyin olunmasının keyfiyyəti və yerin əks olunmasının dəqiqliyi, naviqasiya siqnalının qəbulu və emal edilməsi hissəsində, GPS qəbuledicinin proqram və aparat realizasiyasından asılıdır. Siqnal qəbulunun keyfiyyəti qəbuledicinin RF hissəsinin həssaslığı ilə xarakterizə edilir. Siqnalın emal edilməsi xüsusi ixtisaslaşdırılmış mikroprosessorların (çip-setlərin) köməyi ilə həyata keçirilir. Müasir çip-setlər yüksək binalar, yaxud sıx yarpaqlı ağaclıqlar kimi ağır ətraf mühit şərtlərində belə, peyklərdən siqnalların etibarlı və əminliklə qəbul edilməsini təmin edirlər.
  • Obyekti seçmək funksiyası: Avtomobil naviqasiyasının məsələlərindən biri də bir neçə identik obyektlər haqqında sorğu vermək və onlardan ən yaxınının seçilməsi məsələsi ola bilər.Bu zaman "ən yaxın"ın seçilməsi çeyan həndəsi məsafə deyil,yol şəbəkəsini nəzərə almaqla hesablanan yol olmalıdır.