• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
Rəqəmsal video müşahidə

«GOALcity» - bu prinsipial olaraq yeni nəsil təhlükəsizlik və müşahidə sistemidir.

«GOALcity» sadəcə olaraq videomüşahidə sistemi deyildir. O, imkanlarını asanlıqla genişləndirilməsi mümkün olan aparat-proqram kompleksidir. Bu kompleks təhlükəsizliyin təmini ilə bağlı məsələləri həll etməyə imkan verir.

«GOALcity» modullu arxitekturaya uyğun, paylanmış şəbəkə prinsipində qurulmuş universial sistemdir. Sistemin modul prinsipində olması onu asanlıqla miqyaslaşdırmağa və müxtəlif obyektlərin - evlərin, mənzillərin, ofislərin, mağazaların, çoxmərtəbəli komplekslərin, bankların, zavod və fabriklərin, avtomobil dayanacaqlarının, küçə və yolların təhlükəsizlik və videomüşahidə funksiyalarını həyata keçirməyə imkan verir.


Videodetektorlar:
GOALcity sistemi tətbiq edilərkən istifadəçi yalnız geniş mühafizə funksiyaları olan kompleks əldə etmir. Sistem, həmçinin, detektorlar vasitəsi ilə müəyyən situasiyaları tanıyır və lazım gəldikdə onlara operativ reaksiya verir. Sistemin tərkibinə daxil olan detektorlar videomüşahidənin effektivliyini yüksəltməyə və mühafizə sisteminin işində insan faktorunu azaltmağa imkan yaradır. Həmçinin, detektorlarin işləməsinə sistemin hər hansı bir reaksiya verməsini proqramlaşdırmaq da mümkündür. GOALcity sistemində aşağıdakı detektorlar mövcuddur:
Hərəkət və hərəkət istiqamətinin detektoru -kadrdakı hərəkətə reaksiya verir, hərəkət edən obyektləri aşkar edir və onların hərəkətlərinin istiqamətini müəyyən edir;
Sifət detektoru -insan sifətinin görünməsi xəbərdarlığını edir və insanın mühafizə olunan sahədə aşkar edilməsi ilə avtomatik olaraq şəklinin çəkilməsini təmin edir;
Qalmış əşyaların detektoru -kadrda əşyanın görünməsi və ya yox olması haqqında xəbərdarlıq edir. Bu detektorun vasitəsi ilə nəzarət olunan sahələrdə şübhəli əşya göründükdə həyəcan siqnalı verilir;
Kameranın bağlanması detektoru - obyektivin qapaqla, əllə, parça və ya başqa əşya ilə bağlanması hallarını müəyyən edir və həyacan siqnalı verir;
Telekameranın işıqlanması detektoru -telekameranın obyektivinə parlaq işıq şüası düşdükdə operatora siqnal verilməsi üçün nəzərdə tutulmuşdur.

GOALarchive:
GOALarchive modulu – videokameralardan alınmış videoməlumatların arxivdə saxlanılmasını, kameranın nömrəsini və vaxta görə axtarış aparılmasını təmin edir. Multimedia tipli məlumatların saxlanılması üçün GOALcity sistemində xüsusi formatdan (SLFS) istifadə edilir. Bu format yüksək sürət və keyfiyyətlə multimedia tipli məlumatların saxlanılmasına uyğun optimallaşdırılmışdır.

FUNKSİONALLIĞI:

 

  • Vahid video nəzarət şəbəkəsinin yaradlması;
  • Video məlumatların arxivləşdirilməsi və saxlanılması;
  • Video məlumatlar arxivlərində müxtəlif parametrlər üzrə axtarış aparılması.

"Diqqət"analitik alqoritmlər kompleksi:

Gün ərzində fasiləsiz olaraq kompüterin monitoruna baxmaqla vəziyyətə nəzarət etmək qeyri mümkündür. Ani olaraq nəzərin ekrandan qaçırılması naməlum yazının arxivə ötürülməsi ilə nəticələnə bilər. Bu kimi problemləri “Diqqət” analitik alqoritmlər kompleksi aradan qaldırır:
“Təhlükəli başlanğıc” alqoritmi-müəyyən zaman fasiləsindən sonra müşahidə zonasına hərəkət edən obyektin yaxınlaşması. Daimi hərəkətdə olmayan əşyalar obyektlərinə nəzarətdə istifadə olunur. Gecə mühafizəsi zamanı daha effektiv və eyni zamanda gündüzlər insanların olmadığı yerlərdə də istifadə olunur.
“Təhlükəli zaman” alqoritmi - müşahidə zonasında obyektin uzun müddət olması. Binalarda blokların girişlərində, ev və mənzillərin girş qapılarında quraşdırılmış kameralarda istifadə olunur. Obyektlərə gözlənilməz və qeyri- qanuni daxil olmaların izlənilməsinə imkan verir.
“Təhlükəli say” alqoritmi-müşahidə zonasında çoxlu sayda insanların və ya nəqliyyat vasitələrinin toplaşması. Gözlənilmədən mühafizə olunan obyektə çoxlu insan kütləsinin yaxınlaşmasını və təhlükəli hadısənin olma ehtimalını xəbərdar edir.
“Təhlükəli zona” alqoritmi -müşahidə zonasında hərəkətin olmasına qadağa olduğu yerlərdə obyektlərin hərəkəti. Alqoritmin köməkliyi ilə hərəkətin qadağa qoyulduğu yerlərdən marşrutların hərəkətlərini nizamlamaq mümkündür.
“Təhlükəli sahə” alqoritmi - kompleks olaraq bir neçə təhlükəli görüntülərin əlamətləri haqqında xəbərdarlıq edir. Məsələn, əgər böyük bir auditoriyada oturanlar arasından kimsə ayağa qalxarsa, onda alqoritm onu yeni bir hadisə kimi tanıyacaqdır.
“Əşyalar” alqoritmi-alqoritm kameranın müşahidə zonasında əşyaların peyda olmasına və ya yoxa çıxmasına nəzarəti həyata keçirir. Əgər əşya yoxa çıxıbsa, deməli oğurlanıb, alqoritm onun yoxa çıxma vəziyyətini dəqiqləşdirəcəkdir. Gözlənilmədən yeni əşyaların görünməsi təhlükəli vəziyyətin yaranmasına gətirib çıxara bilər.

TƏTBİQ SAHƏLƏRİ:

Müəssisələrdə:

  • Müəssisə və ya ofislərin daxilinə və xaricinə nəzarətin təşkili;
  • Evdən müəssisənin fəaliyyətinə nəzarət etmək;
  • Gözlənilməz qəzaların vaxtında qarşısını almaq;
  • Yığıncaqların yazılarına yenidən baxmaq;
  • Əməkdaşların fəaliyyətinə nəzarət etmək;
Evlərdə:
  • Evin ətrafına və giriş qapısına nəzarət;
  • Evdə olmadığınız müddətdə qapınıza kimlərin və hansı zamanda gəlmələri haqqında məlumatlı olmaq;
  • Bütün hallarda video və audio yazıların qorunub saxlanılması və onlara icazə imkanının yalnız sizdə olması;
  • Azyaşlı uşaqlara, qocalara və əlillərə uzaqdan nəzarətin mümkünlüyü;
  • Elektrik şəbəkəsində qəza yarandıqda, onun aradan qaldırılması və ya əlavə qida mənbəyinə qoşulma imkanına malik olmaq;
  • Evdə və ya mənzildə olmadığınız zaman evinizə və ya mənzilinizə tam nəzarətin yalnız sizin əlinizdə olması.