• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
MOBAS

Mobil axtarış sistemi, mobil kompüter vasitəsi ilə, ölkədə mövcud olan bir neçə informasiya sistemindən məlumatları əldən etmək üçündür.

Bu sistem kiçik ölçülərə malik mobil kompüter vasitəsilə işləyir. Yüksək sürətli simsiz şəbəkə vasitəsi ilə mərkəzi serverə online rejimdə qoşularaq məlumatları real vaxt rejimində tapmağa imkan verir.

Sistem ölkənin bütün ərazisində işləyir. İstifadədə asandır və istifadəçi tərəfindən heç bir dərin texniki biliklər tələb etmir.

Sistem şəxsiyyət vəsiqələri, passportlar, xarici vətəndaşların şəxsiyyət vəsiqələri və passportları üzrə müxtəlif kriteriyalarla axtarış etməyə imkan verir. Həmçinin xüsusi orqanlar üçün sistemin məhdudiyyət siyahısında olan şəxslər üzrə axtarmaq imkanı da vardır.