• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
Haqqımizda


Hörmətli cənablar!
Bizim şirkətin əsas fəaliyyət istiqaməti istənilən mürəkkəblik səviyyəsində olan informasiya sistemlərinin layihələşdirilməsi, tətbiqi və müşaiətidir. Bizim məqsədimiz – informasiya texnologiyaları sahəsində anlayışlı, səmərəli və keyfiyyətli infrastruktur həllərinin istifadəçilərə təqdim edilməsidir. Əldə olunmuş təcrübəmizdən və müasir texnologiyalardan istifadə edərək, biz sifarişçiyə gələcək inkişafı nəzərə almaqla avtomatlaşdırma məsələlərinin optimal həllini aşağıda göstərilən sahələrdə təklif eyməyə çalışırıq.

    Təhlükəsizlik sistemləri sahəsində:
  • Perimetrial təhlükəsizlik sitemləri,
  • Analitik video müşahidə sistemi,
  • Giriş-çıxışa nəzarət,
  • Müəssisədə işləyən əməkdaşların biometrik identifikasiya sistemi, iş vaxtının uçotu, biometrik verilənlərin qeydiyyatı,
  • Kənar xidmətlərin müəssisyə gəlişinə nəzarət – buraxılış bürosunun nizamlı işi,
  • Yanğın-mühafizə siqnalizasiyası,
  • Mərkəzləşmiş xəbərdaretmə sistemi,
  • Boru xəttinin texniki vəziyyətinin monitorinqi sistemi, o cümlədən qəza və mexaniki təsirlərdən boru yaranan sızmaların qeydiyyatı,
  • Radiasiya fonu, temperatur, nəmlik, təzyiq və ekololoji parametrlərin monitorinqi,
  • Pilotsuz uçuş vasitələri ilə monitorinq,
  • Yuxarı səviyyəli nəzarət və idraetmə sistemi (“Təhlükəsiz region”),
  • Hadisələr barədə məlumatların qəbulu və qeydiyyatı altsistemi,
  • Qərar qəbul etməyə kömək altsistemi,
    Coğrafi İnformasiya Sistemləri sahəsində:
  • Avto nəqliyyat və dəmir yolu vasitələrinin monitorinqi,
  • Piyada naryadların monitorinqi,
  • GPS Naviqator,
  • Tarixi, memarlıq və mədəniyyət abidələrimizin electron xəritəsi və informasiya servisi,
    Virtual Reallıq texnologiyaları sahəsində:
  • Mühafizəli obyektlərin 3D modelləri,
  • Tarixi və memarlıq abidələrimizə İnternet vasitəsilə virtual turlar
  • ,
  • Muzey eksponatları, musiqi alətləri və mədəni irsimizin digər nümunələrinin 3D kataloqları,
  • Tarixi hadisələrin 3D animasiyaları,
    Dıgər sahələr:
  • Monitorinq mərkəzi ilə dupleks audio-video rabitə,
  • Analitik hesabatlar.

Biz təqdim etdiyimiz xidmət və məhsullarımızın yüksək keyfiyyətinə təminat veririk.
Hörmətlə,
Hikmət Abdullayev
prezident