• 1_2.jpg
  • 2_2.jpg
  • 3_2.jpg
  • 4_2.jpg
  • 5_2.jpg
Biometriya
There are no translations available.

Son illər dünyada baş verən qlobal proseslər biometrik eyniləşdirmə texnologiyalarının inkişafına çox güclü təsir göstərmişdir. Biometrik texnologiyalar hal-hazırda İnformasiya Texnologiyalarının ən dinamik inkişaf edən sahəsinə çevrilmişdir.

Sifətin cizgilərinə görə eyniləşdirilmə. Bu sistemlərin işləmə prinsipi sifətin unikal xarakteristikalarının tanınıb yadda saxlanılmasına, onların xüsusi rəqəmsal formata çevrilməsinə əsaslanır. Rəqəmsal formatın üstünlüyü ondan ibarətdir ki, bu format təqdim olunmuş sifətin, böyük biometrik bazalarda axtarışını sürətləndirir, yalnız fotoşəkillərin deyil, digər təsvir metodlarının (rəssamın çəkdiyi şəkil və ya fotorobot) tətbiqinə imkan verir, bu formatın birbaşa şəkilə çevrilə bilinməməsi konfidensiallığı qoruyur.

Barmaq izlərinə görə eyniləşdirmə İnsanın barmaq izi barmaqda olan papilyar xətlər vasitəsilə yaranır. Bu xətlər cürbəcür naxışlar yaradaraq aşağıdakı xassələrə malikdirlər:
  • İndividuallıq və təkrarolunmazlıq. Hər bir şəxsin barmaqlarının papilyar xətləri yalnız bu şəxsə aid naxışlar yaradır.
  • Zamana görə dayanaqlılıq. Barmaq izləri hər bir şəxsə, onun bütün ömrü boyu (anadan olandan, ölənə kimi) məxsus olur və dəyişmir.
  • Bərpaolunma. Adətən, barmağın dərisi zədələnib sağalan kimi barmaq izi bərpa olur.
Məhz bu xassələr, barmaq izlərini unikal identifikator kimi istifadə etməyə imkan verir.



İnsan əlinin cizgilərinə görə eyniləşdirmə Texnoloji cəhətdən barmaq izlərinə görə eyniləşdirmə metodlarına oxşardır. Məlumat bazalarında çox böyük sürətlə axtarış imkanı verir. İdentifikasiya üçün bu metodun riyazi modeli cəmi 9 bayt informasiya ilə kifayətlənir. Əlin digər parametrləri də identifikasiya üçün istifadə olunur.



Gözə görə eyniləşdirilmə. Bu cür eyniləşdirmənin texniki və proqram vasitələri artıq bir neçə ildir ki, mövcuddur. Bu istiqamətdə iki texnologiya bloku mövcuddur – göz bəbəyinin şəklinə görə eyniləşdirmə və gözün toruna görə eyniləşdirmə. Birinci texnologiyanın üstünlüyü ondan ibarətdir ki, göz bəbəyinə görə eyniləşdirmə məsafədən kamera vasitəsilə aparıla bilər.