• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
IAMAS

“Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi (İAMAS) “Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blanklarının hazırlanmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 25 noyabr 1994-cü il tarixli 925 nömrəli Qərarına, Milli Məclisin 29 noyabr 1994-cü il tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında əsasnamənin 31-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2000-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hazırlanması, məlumat-axtarış sisteminin yaradılması barədə” Sərəncamına əsasən yaradılmış, 2001-ci il avqust ayının 19-da hökumət tərəfindən istismara qəbul edilmişdir.



İAMAS-ın əsas funksiyaları Şəxsiyyət vəsiqələrinin verilməsi və nəzarət, Pasportların verilməsi və nəzarət, Sərhəd nəzarəti, Giriş-Çıxışa məhdudiyyət və s. ibarətdir.

İAMAS vasitəsilə 11 dövlət sənədi verilir. Sistemə 17 nazirlik, komitə, komissiya və digər dövlət təşkilatları qoşulmuşdur.