• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
Elektron plomb


ePlomb Tranzit yükdaşımalara nəzarət sistemi Bu gün ölkə daxilində yükdaşımalara nəzarətin gücləndirilməsi işlərində müasir informasiya texnologiyalarından istifadə edilməsi çox vacibdir. Çünki, yalnız müasir vasitələrdən istifadə etməklə gözə çarpan nəticələr əldə etmək mümkündür. Təqdim edilən bu sistem belə vasitələrdən biridir və gömrük orqanlarına respublika ərazisində daşınan mallara nəzarəti təkmilləşdirmək imkanı verir. Bu sistemdə original RFİD (radiotezlikli identifikasiya), elektron plomb, müasir Mobil Terminallar və Mərkəzi Məlumatlar Bazası (MMB) ilə yüksək sürətli birləşmə və informasiya mübadiləsi üçün mobil rabitədən istifadə olunur.

    Sistemin əsas komponentləri:
  • Mərkəzi Məlumat Bazası;
  • Gömrük məntəqərində yerləşdirilmiş İş yerləri;
  • Elekton plomblar;
  • Telekommunikasiya avadanlığı;
  • Mobil Terminallar.

ƏSAS KOMPONENTLƏR:

    Mərkəzi Məlumatlar Bazası:
  • ORACLE proqram məhsulu əsasında hazırlanmış Məlumatlar Bazası gömrük məntəqələrindəki Mobil Terminallardan və İş yerlərindən daxil olan SQL sorğularını tez bir zaman müddətində emal etməyə imkan verir.
  • “Elektron plomblar” məlumatlar bazası;
  • “Plomblama obyektləri” məlumatlar bazası;
  • Sorğuların qeydiyyatı jurnalı;
  • Elektron Arxiv;
  • Klassifikatorlar.
    Mobil Terminallar:
    Mobil Terminal ovucda yerləşə bilən, portativ qurğudur. O, bahalı olmayan və 12 voltluq cərəyanla və ya daxili akkumulyatorla işləyir. Onun rəngli monitoru, virtual klaviaturası, RFİD oxuyucu qurğusu, GSM/GPRS modemi, Wi-Fi şəbəkə imkanı, müvafiq əməliyyat sistemi və tətbiqi proqram təminatı olmalıdır.
  • Mobil Terminal:
    1. Elektron plombun nömrəsini
    2. Plomblanan obyektin nömrəsini
    3. Nəqliyyat vasitəsinin və nəqliyyat sənədlərinin nömrələrini
  • Virtual klaviatura vasitəsi ilə aşağıdakı məlumatları daxil etməyə:
  • Sürücünün soyadını, adını, atasının adını, təvəllüdünü və digər məlumatları
  • Radiooxuyucu qurğu vasitəsi ilə nəqliyyat sənədindəki və ya elektron plombdakı məlumatları yaddaşa oxunmasına
  • Rəngli displeydə daxil edilən, oxunan və alınan məlumatların əks etdirilməsinə
  • GSM/GPRS modemin köməyi ilə Mərkəzi Məlumatlar Bazasına məlumatları ötürmək və oradan məlumatları almağa imkan verir.
    GPRS modem:
  • Mərkəzi Məlumatlar Bazası ilə kifayət qədər yüksək sürətlə məlumatlar mübadiləsini təmin edir;
  • Təcili birləşdirməni və yüksək buraxılışı təmin edir;
  • Hərəkət zamanında belə Mərkəzi serverlə məlumat mübadiləsi aparmaq imkanı verir. Bu isə onun avtomobildə istifadəsi halında çox vacibdir;
  • Açıq rabitə kanalları ilə kriptoqrafik kodlaşdırma və mühafizəni tətbiq etmək imkanını təmin edir.


Qeyd etmək istərdik ki, yuxarıda göstərilənlər yalnız layihənin eskizidir. Daha dolğun layihənin işlənməsi və kommersiya təklifinin verilməsi üçün gömrük təşkilatlarından əlavə məlumatların alınması gərəkdir.

SİSTEMİN MƏQSƏDİ:
Azərbaycan Respublikası ərazisindən keçən mallara tam və etibarlı nəzarətin təmin olunmasından ibarətdir. Bu məqsədlə saxtalaşdırılmaya qarşı yüksək dərəcədə mühafizəsi olan elektron plombdan və plombların açılmasını aşkar edən sistemdən istifadə edilməsi təklif olunur. Bütün sistem yeni informasiya və telekommunikasiya texnologiyaları, kompüter avadanlıqlarının tətbiqi əsasında hazırlanmışdır.
Elektron plomb:
Elektron plomb radioidendifikatoru olan plobmdur. Bu plomblar birdəfəlik, çoxdəfəlik və mikroprosessorlu olurlar.
Birdəfəlik plomblar:
Birdəfəlik plomblar mikro ölçülü, içərisində radioçip (RF) olan və birdəfəlik istifadə üçün xüsusi olaraq hazırlanmış qurğudur. İstehsalçı tərəfindən radioçipə dəyişdirilə bilməyən unikal identifikasiya kodu (İK) yazılır. Bu kodu elektron plombdan dəfələrlə oxumaq olar. Plomba müdaxilə olunarsa, plomb işləmir və ondan identifikasiya kodunu oxumaq mümkün olmur. Kodun oxunmamağı müdaxilə əlamətidir (hətta, bunun xarici əlamətləri olmasa da).
Xarici görünüşü bərpa etmək mümkün olsa da, identifikasiya kodunu bərpa etmək heç cür mümkün deyildir.
Çoxdəfəlik plomblar:
Çoxdəfəlik plomblar nisbətən başqa qaydada işləyir. Müdaxilə zamanı zədələnmir, bununla belə müdaxilə vaxtını yadda saxlayırlar. Bu məlumat yoxlama zamanı yoxlayıcının əl skanerinə ötürülür. Əl skaneri bu tip məlumatı alan kimi onu Mərkəzi Bazada yoxlayır və bazada qeydə alınmış qanuni müdaxilə faktı barədə məlumat olmazsa, dərhal nazirliyin xüsusi strukturlarına xəbər verir. Adətən, çoxdəfəlik plomblar birdəfəlik plomblardan bir neçə dəfə baha olurlar.
Mikroprosessorlu plomblar:
Mikroprosessorlu plomblar çoxdəfəlik plomblara aiddir. Bu plombları, həmçinin, dəfələrlə istifadə etmək olar. Çoxdəfəlik plomblardan fərqli olaraq, bu plomblar müdaxilə zamanı həm müdaxilə faktını qeydə alır, həm də audentifikasiya edib (parolu soruşmaqla) rayon və respublika mərkəzlərinə müdaxilə haqqında məlumat verir. Adətən, mikroprosessorlu plomblar çoxdəfəlik plomblardan bir neçə dəfə baha olurlar.

DAXİL OLAN ZAMAN

    Nəqliyyat vasitəsi respublika ərazisinə daxil olan zaman aşağıdakılar baş verir:
  • İstənilən hər hansı bir yük (konteyner, treyler və b.) gömrük müfəttişi tərəfindən yoxlanılır və Plomblama Obyektində (PO) qoyulacaq plombların sayı müəyyən edilir;
  • Gömrük müfəttişinin iş yerində xüsusi radiooxuyucu qurğu vasitəsi ilə Elektron plombların unikal (təkrar olunmaz) identifikasiya kodları oxunur, bu plomblar Plomblama Obyektində quraşdırılır, plombların yaddaşına personal (biometrik) məlumatlar yazılır;
  • Plomblar, Obyektdə quraşdırıldıqdan sonra, elektron plombların unikal identifikasiya kodları gömrük müfəttişinin kompüterinin yaddaşında saxlanılır;
  • Bundan sonra sistem yapışqanlı RFİD etiket çap edir. Bu etiketin yaddaşına sürücü, mal və elektron plombların unikal nömrələri yazılır. Elekton plombların nömrələri yapışqanlı etiketin üzərində də çap edilir;
  • Yapışqanlı RFİD etiket nəqliyyat sənədlərinin üzərinə yapışdırılır;
  • Bu proseduralar başa çatdıqdan sonra bütün məlumatlar Mərkəzi Məlumatlar Bazasına göndərilir.

TƏRK EDƏN ZAMAN

    Nəqliyyat vasitəsi respublika ərazisini tərk edən və ya mal qəbul edilən zaman aşağıdakılar baş verir:
  • Gömrük müfəttişi Mobil Terminallar vasitəsi ilə elektron plombların unikal identifikasiya kodlarını, biometrik məlumatları və nəqliyyat sənədlərinə yapışdırılmış RFİD etiketin yaddaşından məlumatları oxuyur;
  • Oxunan bütün məlumatlar yoxlanmaq üçün Mərkəzi Məlumatlar Bazasına göndərilir;
  • Əgər bu üç mənbədən (elektron plomb, yapışqanlı RFİD etiket, Mərkəzi Məlumatlar Bazası) alınan məlumatlar eynidirsə, onda yükün respublikanın ərazisini tərk etməsinə (mal qəbul edilən zaman malın Alıcıya verilməsinə) icazə verilir, əks halda, yəni bu üç mənbədən alınan məlumatların hər hansı biri fərqlidirsə, onda plomblar qeyri-qanuni açılmış hesab olunurlar və malın daha ətraflı baxışı keçirilir və gömrük xidməti qanunla nəzərdə tutulan tədbirləri həyata keçirirlər.