• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
3D virtual tur

3D MODEL
Üçölçülü modellərin yaradılması dəb xatirinə edilmir. Həqiqətən də istənilən fotorealistik üçölçülü kompüter modeli sxemdən, plandan, cizgi və ya xəritədən dəfələrlə informativ və intuitiv anlaşılandır.
Üçölçülü modelərin yaradılmasında son məqsəd model xatirinə model ola bilməz. Əslində, layihənin son məqsədi bu modellərin müxtəlif verilənlər bankları və üçölçülü vizualizasiya vasitələrinin inteqrasiyası əsasında qurulmuş böyük informasiya sistemlərinin yaradılmasıdır.

3D SKANER
3D skaner vasitəsi ilə real obyektlərin 3D modelini almaq mümkün olur. Bizim lazerli 3D əl skanerimizin nadirliyi, onun özünün mövqe müəyyənləşdirən olmasında və həmçinin onun real vaxt rejimində skan edilən obyektin səthinin generasiya edə bilməsindədir. Təklif olunan 3D skanerin əsas üstünlükləri onun sürəti, hərtərəfliliyi və istifadədə sadəliyidir.
Üçölçülü skanerləşdirmə qısa vaxt ərzində məmulatın ilkin kompüter modelinin alınmasına imkan verir. Bu isə sonralar yaranan müxtəlif tip məsələlərin həlli zamanı ilkin material kimi istifadə oluna bilər. Üçölçülü skanerləşdirmə tez prototipləşdirmə qurğuları üçün keyfiyyətli əlavə və aşağıdakı məsələlərin həlli üçün gözəl alət ola bilər:


  • Ölçülərini adi üsulla götürmək mümkün olmadıqda, yəni mürəkkəb həndəsi obyektlərin ölçülməsi üçün rahat vasitə;
  • Ənənəvi üsullarla yerinə yetirilmiş dizayner işlərinin riyazi modelinin alınması üçün;


Bizim şirkət 3D modellərinininin yaradılması üçün bütün lazımi texnologiyalara və biliklərə malikdir. Bizim bu işlərdə inamımız aşağıdakılara əsaslanır:

  • Kifayət qədər - 10 ildən artıq korporativ informasiya sistemlərinin yaradılması təcrübəsi;
  • Kifayət qədər GİS, VR və məlumatlar bazalarının hazırlanması sahəsində yüksək ixtisaslı mütəxəssislər;
  • Üçölçülü yerüstü lazer skanerlərinin və bu texnologiyanı mənimsəmiş mütəxəssislərin mövcudluğu (Bu skanerlər obyektləri 400m məsafədən 6mm dəqiqliklə skanlamaq imkanına malikdir);
  • Virtual reallıq texnologiyası bazası əsasında sistemin yaradılması və üçölçülü modelləşdirmənin texnologiyası sahəsindəki iş təcrübəmiz.


Üçölçülü şəhər
Bu modellər aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuşdur:

  • Şəhərin inkişafının proqnozlaşdırılması və planlaşdırılması, şəhərin baş planının hazırlanması. Mövcud olan infrastrukturu nəzərə almaqla ərazinin inkişafının modelləşdirilməsi, nəqliyyat qovşaqları daxil olmaqla, infrastruktur elementlərinin və ərazi planının yenidən yaradılması;
  • Mövcud olan obyektlərin yerində yeni obyektlərin tikintisinin modelləşdirilməsi;
  • Daşınmaz obyektlərin və torpaq sahələrinin uçotu. Tikililər üçün yerin tapılması;
  • Turizmin inkişafı və dəstəklənməsi. Teatrların, park və çimərliklərin, istirahət zonalarının, turist bazalarının, kafe və restoranların, mehmanxanaların üçölçülü fotorealistik modellərinin yaradılması. Bu obyektlərə virtual turların yaradılması. Tarixi və memarlıq abidələrinə, muzeylərə, tarixi qalalara, saraylara və s. virtual turların yaradılması;
  • Mədəni-tarixi irsin qorunub saxlanılması. Memarlıq abidələrinin daxili bəzəkləri ilə birlikdə dəqiq üçölçülü modelinin yaradılması. Muzeylərin və eksponatların (anbardakılar da daxil olmaqla) kataloqunun yaradılması;
  • Müxtəlif tipli xilasetmə əməliyyatları üçün lazım olacaq qüvvə və vasitələrin planlaşdırılması. Belə modellərdə bu əməliyyatların həyata keçirilməsi üçün lazım olan maksimum məlumatların təqdim olunması və vəziyyətlə bağlı tam şəklin əks olunması mümkün olmalıdır. Binaların uçulub dağılması zamanı, zəlzələ, yanğın baş verdikdə bu tip əməliyyatlar həyata keçirilə bilər . Eyni zamanda terror əleyhinə və cinayətkarların tutulması əməliyyatları da belə əməliyyatlar ola bilərlər. Bu modellərdə bütün infrastruktura - elektrik, su, qaz xətləri, kanalizasiya, zirzəmilər, evlərin damları və çardaqlar dəqiqliklə göstərilməlidir. Bütün bu məlumatlar əməliyyatların keçirilməsi zamanı həddən artıq əhəmiyyətə malik ola bilər;
  • Daşınmaz əmlakın kadastrının yaradılması, daşınmaz əmlak obyektlərinin alınması və satılması, potensial alıcılara daşınmaz əmlak obyektlərinin reklam və nümayiş etdirilməsi;
  • Şəhər infrastrukturunun dəqiq modelinin yaradılması, elektrik, istilik təchizatının, su, qaz xətlərinin, rabitə obyekt və xətlərinin, nəqliyyat xətlərinin və qovşaqlarının modellərinin yaradılması üçün, vağzal binalarının, transformator şəbəkələrinin, nasos və suqızdırıcı stansiyaların və s. göstərilməsi;
  • Şəhər mühitinin monitorinqi.


Belə modellərin istifadəçiləri Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Meriyası, Şəhər Meriyasının Baş Memarlıq İdarəsi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, AzərEnerji, AzəriQaz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Daşınmaz Əmlak üzrə Agenlik və s. kimi dövlət strukturları ola bilər.

İdeyadan məmulata olan yol maksimum qısa olmalıdır. Sürətli prototipləmə texnologiyasının (Rapid Prototyping  RP) tətbiq edilməsi istehsalın konstruktor-texnoloji hazırlamanın effektivliyini yüksəltmək, hi-tech stilində orijinal hədiyyə hazırlamaq və ya reklam kompaniyası keçirmək imkanı verir.

Yeni məmulatın hazırlanması prosesində hər zaman təcrübə nümunələrinə və ya malın, onun ayrı-ayrı detallarının və hissələrinin model-prototiplərinə ehtiyac yaranır.
Model-prototiplərə malik olmaqla aşağıdakıları etmək mümkündür:

  • Müəssisələrin marketinq və reklam xidmətləri gələcək məmulatın nümunələrini göstərməklə həm satış bazarının effektiv araşdırmasını keçirə bilər, həm də reklam kampaniyaları üçün istifadə edə bilərlər;
  • Dizayner və konstruktorlar asanlıqla hazırlanan məmulatın xarici görünüşünü, erqonomikasını qiymətləndirək, onun konstruksiyasının funksionallığını və quraşdırıla bilinməsini yoxlayacaq və iterativ olaraq malın istehsala buraxılmasından öncə zəruri dəyişikləri edəcəklər;
  • Texnoloqlar isə onları master-modellər kimi ənənəvi texnoloji qəliblərin (misal üçün, tökmə qəliblər) hazırlanması üçün və həmdə nümunə partiyalarının tez hazırlanması texnologiyalarında (misal üçün, tökmə silikon formaların hazırlanması və sairə) istifadə edə bilərlər. Plastikin küllüyünün aşağı olduğuna görə alınan modelləri tökmə üçün modellərin əridilmə (yandırma) texnologiyalarında istifadə etmək olar;
  • Müəssisələrin patent büroları yeni işlərinə patent üçün tərtibində zaman üstünlüyü qazanırlar;
  • Həkimlər operativ surətdə implatantı hazırlayacaq və əməliyyatı uğurla keçirəcəklər.

3D Printer

3D printer – kompüter və 3D modelləşdirmə proqramında yaradılmış modelin üçölçülü çap oluması üçün istifadə olunur. Model həm mühəndis, həm də dizayn proqram təminatı ilə yaradıla bilər. 3D printerlər ən tez və səmərəli üsulla prototipləşdirmə imkanına malikdir.

Müasir kompüter layihələndirmə sistemləri (CAD) yeni məmulatların qurulmasında və işlənib hazırlanmasında vaxt və vasitə sərfinin əhəmiyyətli dərəcədə azalmasına imkan yaradır. Lakin məmulatın ilk fiziki nümunəsinin hazırlanması problemi və məmulatın mürəkkəb formalı hər hansı detalının hazırlanması zəif cəhət olaraq qalır, çünki detalların və müvafiq qəliblərin hazırlanma texnologiyasının işlənib hazırlanması böyük məsrəf tələb edir.

Hal – hazırda üçölçülü obyektlərin kompüter nümunələrinə görə hissə-hissə formalaşdırılması texnologiyalarında əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilib.

Virtual reallıq

Son illər bu söz birləşməsinə dövri mətbuat səhifələrində tez-tez rast gəlinir və bizim qulağımız üçün adi hala çevrilmişdir. Tarixi nöqteyi nəzərdən Virtual reallığa «maşın-insan» interaktiv sisteminin inkişafının bir nəticəsi kimi baxıla bilər, bu isə ilk növbədə kompüterlərin məhsuldarlığının yüksəlməsi texnologiyalarının, üçölçülü vizualiyasiya sistemlərinin, ikitərəfli əlaqə sistemlərinin, trekinq, həssas sistemlərin və s. sayəsində mümkün olmuşdur.

Müəyyən mərhələdə mətn-qrafik informasiya vasitəsi ilə kompüterlə dialoqun əvəzinə insan və maşının qarşılıqlı əlaqəsinin yeni üsulu gəldi. Kompüter tərəfindən generasiya olunmuş tamaşaçı surətlərinin naviqasiyasını yerinə yetirməklə insan eyni zamanda kompüter texnikasının işini yönləndirmək imkanı əldə edir. Yeni imkanlar insana elə bil ki, kompüterin daxilinə addımlamağa imkan verdi, cansız kompüterə yalnız insana xas olan xüsusiyyətləri - vizual surətlər, emosiyalar daxilində istiqamətlənmək gətirdi. Özunə məxsus «maşın-insan» tandemı keyfiyyətcə yeni imkanlar əldə etdi.

Müasir virtual reallıq texnologiyası və 3D vizualiyasiyası faktiki olaraq yeni nəsil multimodal insan-kompüter interfeyslərinin yaradılması üçün element bazasıdır. Bunlar trenajorlar, simulyatorlar, interaktiv öyrədici virtual mühitlər, virtual prototiplər, rəqəmsal planetarilər, reklam və marketinq üçün müxtəlif həllər (wow texnologiyalar) və digərlərinin yaradılmasına imkan verirlər.