• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
Nəzarət sistemi

Daxilolmalara nəzarət və idarəetmə sistemi mühafizə olunan obyektlərə icazəli daxil olmaların təmin olunması üçün nəzərdə tutulmuşdur. Sistem monitorinqin həyata keçirilməsini və mühafizə olunan obyektə personalın icazə hüququnun operativ idarə edilməsini həyata keçirilməsini təmin edən xüsusi proqram təminatına malik fərdi kompüterlərlə təchiz olunmuş aparat-proqram kompleksidir Təqdim edilən bu sistem belə vasitələrdən biridir və gömrük orqanlarına respublika ərazisində daşınan mallara nəzarəti təkmilləşdirmək imkanı verir. Bu sistemdə original RFİD (radiotezlikli identifikasiya), elektron plomb, müasir Mobil Terminallar və Mərkəzi Məlumatlar Bazası (MMB) ilə yüksək sürətli birləşmə və informasiya mübadiləsi üçün mobil rabitədən istifadə olunur.


Fərdi şəxsin əraziyə daxil olması(nəqliyyat vasitəsilə giriş-çıxış): Əvvəlcədən mühafizə olunan əraziyə giriş-çıxış icazəsi olan hər bir şəxsə daxil olması üçün kart verilir. Bu kartla şəxs ona icazə verilən müddət ərzində mühafizə olunan obyektə daxil ola bilir. Şəxs əraziyə daxil olarkən girişdə qoyulmuş kart oxuyana kartını yaxınlaşdırır əgər onun əraziyə daxil olmaq hüququ varsa turniket açılır və şəxs əraziyə daxil olur. Şəxs ərazini tərk edərkən həmin şəxs yenidən kartını kart oxuyana yaxınlaşdırır kart oxunur və turniket açılır və şəxs ərazidən çıxır. Bütün məlumatlar mərkəzi bazaya yazılır.

Şəxsin nəqliyyat vasitəsi ilə Giriş-Çıxışı: Nəqliyyat vasitəsi şlaqbaumun qarşısında dayanır və sürücü avtomobildən düşmədən kartı Pultdakı oxuyucu qurğuya yaxınlaşdırır və bu zaman kartın nömrəsi oxunur. Kamera vasitəsi ilə maşının özü və nömrəsi çəkilir. Sistem kartın nömrəsini avtomatik təyin edir və mərkəzi serverdə yerləşən məlumatlar bazasındakı məlumatlarla müqayisə edir. Müqayisənin nəticəsi müsbət olduqda, şlaqbaum açılır və nəqliyyat vasitəsi şlaqbaumu keçdikdən sonra avtomatik bağlanır. Bütün məlumatlar mərkəzi bazaya yazılır.

Mərkəzi idarəetmə: Mərkəzdən giriş-çıxışa ümumi nəzarət aparılır. Buradan giriş-çıxış məlumatlarına baxmaq olur, hər hansı səbəbdən nəqliyyat vasitəsinin daxil olub çıxmasına məhdudiyyət qoymaq mümkündür.

BİRDƏFƏLİK GİRİŞ-ÇIXIŞ:
Giriş: Bu zaman mühafizə olunan əraziyə daxil olmaq istəyən şəxs qəbul bürosuna yaxınlaşır və onun haqqinda məlumatlar götürülür və mərkəzə göndərilir, bundan sonra şəxs girişə yaxınlaşır. Girişdə daxil olmaq istəyən şəxsin məlumatları yoxlanılır, əgər bütün məlumatlar düzgündürsə daxil olmaq istəyən şəxsin şəkli qeydə alınır və turniket açılır. Şəxs daxil olduqdan sonra məlumatlar mərkəzə yazılır.
Çıxış: Ərazidən çıxan şəxs çıxışa yaxınlaşır bu zaman onun şəkli çəkilir və mərkəzə yazılır sonra turniket açılır və şəxs ərazidən çıxır. Bu sistem bir neçə güc strukturlarında istifadədədir.

NƏQLİYYAT VASİTƏSİNİN NÖMRƏSİNİN TANINMASINA GÖRƏ GİRİŞ-ÇIXIŞ:
Giriş: Nəqliyyat vasitəsi şlaqbaumun qarşısında dayanır və sürücü avtomobildən düşmədən xüsusi quraşdırılmış düyməni basır. Kamera vasitəsi ilə maşının özü və nömrəsi çəkilir. Sistem maşının nömrəsini oxuyur və mərkəzi serverdə yerləşən məlumatlar bazasındakı məlumatlarla müqayisə edir. Nəqliyyat vasitəsinin girişinə məhdudiyyət qoyulmayıbsa bilet çap olunur, şlaqbaum açılır və nəqliyyat vasitəsi şlaqbaumu keçdikdən sonra avtomatik bağlanır. Giriş məlumatları mərkəzi bazaya yazıl ır.
Çıxış: Nəqliyyat vasitəsi ərazini tərk edərkən daxil olma zamanı verilən bilet təqdim edilir. Bundan sonra nəqliyyat vasitəsinin şəkli çəkilir və nömrəsi oxunur. Mərkəzi bazada biletin həmin nəqliyyat vasitəsinə aid olması yoxlanılır. Bilet nəqliyyat vasitəsinə aiddirsə şlaqbaum açılır və nəqliyyat vasitəsi şlaqbaumu keçdikdən sonra avtomatik bağlanır. Çıxış məlumatları mərkəzi bazaya yazılır.