• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
Təhkükəsiz reqion

TƏHLÜKƏSİZ REGİON

GİS texnoloqiyası və sensorlu ekran əsasında «Təhlükəsiz Region» sistemində dispetçerin işçi yeri.

«Təhlükəsiz Region» tipli sistemlər adətən kifayət qədər inkişaf etmiş video müşahidə, arxivləşdirmə və videoanalitika imkanlarına malik olurlar. Lakin, bu tip sistemlərin böyük əksəriyyəti quraşdırılmış kameraların sayı artdıqca, bu sayla kameraları müşahidə edən operatorların sayı arasında disbalansı daha kəskin hiss edir və bu kameraların operativ idarə olunmasında böyük çətinliklərlə qarşılaşırlar.

“Təhlükəsiz region” proqram və aparat kompleksi baş verən hadisələrə operativ və düzgün reaksiya vermək, qərarların qəbul olunmasında istifadəçiyə kömək etmək, o cümlədən fövqəladə hal zamanı insan, mütəxəssis və texniki resursları idarə etmək üçün nəzərdə tutulmuş sistemdir.

SİSTEM İSTİFADƏÇİYƏ AŞAĞIDAKI İMKANLAR VERİR:

  • İşçi proqram rahat və anlaşılan interfeysi vasitəsilə vektor xəritə, onun üzərindəki obyektlər və həmin obyektlər üzərində əməliyyatlar aparmaq üçün optimallaşdırılmışdır.
  • Xəritə laylardan ibarət olduğundan istənilən layı görünən və ya görünməyən etməklə proqramla işi daha da asanlaşdırmaq olar.
  • Xəritənin təsviri zamanı rayonlar, küçələr, binalar və s. xəritə layları və uyğun olaraq onların adları da təsvir olunur.
  • Xəritədə istənilən ünvanı axtarmaq mümkündür. Bunun üçün küçənin adını və ya ünvanı daxil etmək kifayətdir.
  • Xəritədə ünvanı səs ilə də axtarmaq mümkündür. Bu rejimdə sadəcə olaraq ünvanı sözlə demək kifayətdir ki, proqram həmin ünvanı xəritədə tapsın və uyğun ünvanı mərkəzə gətirsin.
  • Sistemə müxtəlif tip obyektlər daxil etmək mümkündür. Bunlardan kameralar, sensorlar, işıqforlar, nəqliyyat vasitələri, hadisələr, zonalar, marşrutlar və digərlərini qeyd etmək olar.


Hadisələr haqqında:

  • 101, 102 və s. kimi xidmətlərdən daxil olan hadisələr avtomatik olaraq xəritə üzərində təsvir olurun və istifadəçi tərəfindən hadisənin təsdiq olunmağını gözləyir.
  • Hadisələri öz tiplərinə, vaciblik dərəcələrinə və statuslarına görə xəritə üzərində görmək mümkündür.
  • Təsdiq olunmuş hadisələri aradan qaldırmaq üçün hadisə yerinə uyğun n.v.-ini göndərmək lazımdır. Bunun üçün sistem istifadəçiyə n.v.-lərinin siyahısında filtrlərdən istifadə edərək daha uyğun n.v.-ini seçməyə və hadisə yerinə göndərməyə imkan verir. Bu zaman daha yaxında olan və heç bir hadisəyə ayrılmayan n.v.-lərini təsvir etmək mümkündür.
  • Məlum olduğu kimi, sistemin operativliyini artırmaq üçün n.v.-ində bort-kompüter yerləşdirilib. Bu kiçik kompüter mərkəzlə əlaqə saxlayır, koordinatlarını göndərir və ona verilən tapşırıqları icra etmək üçün n.v.-də olan şəxslərə məlumatlar verir. Bu məlumatlarda n.v.-in hansı ünvana getməyi və hadisə haqqında geniş məlumat yerləşdirilib.

Kameralar haqqında:

  • Kameraların sayı artdıqca onlara baxan operatorlar və kameraların sayı arasında disbalans yaranır. Bu zaman bütün "Təhlükəsiz region" tipli sistemlərdə kameralarla operativ iş əsas plana keçir. Regionda baş verən hadisələrə cəld reaksiya verilməsi üçün kameranın və ya kameralar qrupunun minlərlə digər kamera arasından tapılması və ona qoşulması əsas tələblərdən birinə çevrilir.
  • Müəyyən yerə quraşdırılmış kameraları xəritə üzərində qeyd edib, onların yerini sm dəqiqliyi ilə yadda saxlamaq mümkündür.
  • Kameralar xəritədə qeyd olunduqları tiplərə uyğun olaraq təsvir olunur. Tipindən asılı olaraq kameranı bilavasitə xəritə üzərində müşahidə etmək, onu idarə etmək – (sağa və ya sola yönəltmək, yaxınlaşdırmaq və ya uzaqlaşdırmaq) mümkündür.
  • Küçədəki kameralara baxmaq üçün xəritədə küçəni seçmək kifayətdir. Əgər küçənin yerləşdiyi yer müəyyən deyilsə, küçənin adını daxil edərək onu seçmək mümkündür.
  • İstənilən ərazidəki kamerlara baxmaq üçün regionu seçmək kifayətdir.
  • Sistem hansı kameranın hansı oblastı gördüyünü də göstərə bilir.
  • Xəritədə nöqtə göstərməklə həmin nöqtəni görə bilən bütün kameraları nöqtəyə tərəf yönəltmək olar.
  • Kameranı həm də GPS ötürücüsü olan avtomobilə tərəf də yönəltmək olar. Yəni, əgər xəritə üzərində hərəkət edən nəqliyyat vasitəsinə kameradan baxmaq istəyiriksə, sistemi bu rejimə keçirə bilərik.
  • Çox sayda kameranı müşahidə etmək üçün sistem operatorları n köməyindən istifadə edir. İstifadəçi seçilmiş müəyyən sayda kameranı bir və ya bir neçə operatorun monitoruna göndərə bilər.

Nəqliyyat vasitələri haqqında:

  • Sistemdə əvvəlcədən qeydə alınmış nəqliyyat vasitələri və onlara quraşdırılan GPS treker-lər (GPS ötürücülər) haqqında məlumat olduğundan, istənilən vaxtı hansı NV-in harada olduğunu görmək olar.
  • Xəritə üzərində olan n.v.-ləri haqqında bir çox məlumatlar almaq olar - NV-in sürəti, istiqaməti, yerləşdiyi küçə və s.
  • Bütün GPS treker-lərdən gələn məlumatlar verilənlər bazasında saxlanılır. Bunun sayəsində n.v.-in bir və ya bir neçəsinin müəyyən zaman intervalında arxivinə baxmaq olar.
  • Sistem n.v.-in uyğun marşrut və zonalarda hərəkətini göstərə, qayda pozuntularını müəyyən edə və hesabat kimi çıxışa verə bilər.
  • İstifadəçi n.v.-ni izləmə rejiminə qoya bilər. İzləmə rejimində bir neçə n.v.-ini eyni zamanda izləmək olar. İzləmə rejimində avtomatik olaraq həmin n.v.-sini görən kameralar ona tərəf yönəlir və onu müşayiət edir.

Digər imkanlar:

  • Sistemə sensorlar, işıqforlar və idarə edilən qurğular qoşmaq da mümkündür.
  • Sensor işə düşdükdə, xəritə üzərində uyğun koordinatda sensorun işləməsini bildirən hadisə əmələ gəlir.
  • Dispetçer sensorun işləmə səbəbini dəqiqləşdirdikdən sonra onu hadisə kimi qeyd edə və ya ləğv edə bilər.
  • Arxivdə yığılan məlumatlara əsasən nəqliyyat vasitələrilə, hadisələrlə, sensorlarla və qurğularla bağlı müxtəlif kateqoriyalara əsasən hesabatların alınması, statistik yekunların çıxarılması imkanı var. Hesabatlar müxtəlif formatlarda saxlana bilər: pdf, html, xls və s.