• 1_3.jpg
  • 2_3.jpg
  • 3_3.jpg
  • 4_3.jpg
  • 5_3.jpg
3D
There are no translations available.

3D model nədir və nə üçün lazımdır? 3D model – fəzanın istənilən nöqtəsindən obyektin görünməsinə imkan verən və eskizlərinə, şəkil və ya cizgilərinə uyğun yerinə yetirilmiş obyektin üçölçülü modelidir. Belə modelə işıqlanma, əksetmə, kölgələnmə və s. effektləri tətbiq etmək mümkündür. Nəticədə modeldən animasiya etmək və videoroliklərin yaradılması üçün istifadə etmək mümkündür. Ən əsası isə, bu model vizual olaraq yarandığı fiziki obyektdən fərqlənməyəcək. Müstəvi üzərində üçölçülü təsvirin alınması üçün aşağıdakı addımların atılması lazımdır:
  • Modelləşdirmə - obyektlərin və epizodların üçölçülü riyazi modellərinin yaradılması;
  • Renderinq(vizualizasiya) – seçilmiş fiziki modelə uyğun layihənin qurulması;
  • Alınmış təsvirlərin çıxış qurğusuna – displeyə və ya printerə çıxarılması
3D modelləşdirmə və animasiya bədii filmlərin, kompüter və mobil oyunların yaradılmasında, media-reklamlarının, internet saytlarının yaradılmasında geniş istifadə olunur. Bundan başqa 3D modeli sadəcə yaratmaq kifayət etmir, çalışmaq lazımdır ki, fiziki modellə real uyğunluq alınsın. Bu çür dəqiq modellərin alınmasında 3D skanerlərdən istifadə olunur.
3D skaner
3D skaner – yaradılacaq 3D modelin verilənləri əsasında və fiziki obyekti analiz edən qurğudur.
Skanerlər obyektə istiqamətləndirilmiş dalğalarla şüalandırılır və analiz üçün onun əks olunmasını aşkar edirlər. İstifadə olunan şüalandırmanın mümkün tiplərinə işıq, ultrasəs və ya rentgen şüaları daxildir.
Skanlaşma üsulu ilə alınan 3D modeli 3D printerlə çap etmək və ya 3D monitorla nümayiş etdirmək olar.
Bizim şirkət bir necə 3D skanerlərə (lazer klass 1) malikdir ki,bu skanerlərdən biri Riegl yer üstü skaneri 400m məsafəyə qədər 6mm dəqiqliklə ərazini skan etmək bacarığına malikdir,bunun vasitəsilə bir sıra obyektləri skan etmişik və
alınan modellərdən virtual turlar yaratmışıq.Digər skanerlər 0,15 mm dəqiqliyi ilə obyektləri skan edir,bu skanerin vasitəsilə muzeylərdə və tarixi abidələrdə olan ekspanatların dəqiq 3D modelini almaq olur.
3D vizualizasiya və animasiya
3D vizualizasiya-obyektin üçölçülü sistemdə təsviridi.3D vizualizasiya vasitəsilə biz obyektin formasını,ölçüsünü və rəngini görə bilərik. Bu texnologiya vasitəsilə obyektə bütün tərəflərdən baxmaq mümkündü.
3D animasiya vasıtəsilə yaradılan virtual turları daha gözəl və dinamik etmək mümkündü.Yaradılan virtual turlar və virtual roliklər reklamlarda,cizgi və kino filmlərin çəkilişlərində geniş istifadə olunur. Yaradılmış 3D dünyada bütün arzuları həyata keçirmək olar.
Üçölçülü obyektlərin fiziki təsvir edilməsi ilə əlaqə.
Üçölçülü qrafika adətən üçölçülü fəza təəsüratı yaradan virtual işlərlə əlaqədə olur, hansı ki, kağız vərəqinin və ya displeyin hamar, ikiölçülü müstəvisində əks olunur. Hal-hazırda üçölçülü məlumatların həcmli şəkildə əks etdirilməsi üçün bir neçə üsul mövcuddur, bunların əksəriyyəti stereotəsvirlərlə işlədiklərinə görə həcmli xarakteristikaları şərti olaraq ifadə edir. Bu sahədə üçölçülü təsvirləri nümayiş etdirmək üçün 3D və stereo eynəkləri, virtual şlemləri, 3D displeyləri qeyd etmək olar.
3D displeylər

Üçölçülü və ya stereoskopik displeylər (3D displays, 3D screens) – nümayiş etdirilən təsvirlərdə real həcm illuziyası yaradan və ya stereoskopik vasitəli displeylərdir.
3D monitor – üçölçülü təsviri görməyə icazə verən , ayrı-ayrılıqda sağ və sol gözlər üçün müxtəlif siqnallar prinsipi ilə işləyən ekrandır. Bu monitorlar işıq şüalarını kontrol edən mikrolinzalardan və 3d təsvirlərin nümayiş etdirilməsinə icazə verən proqram təminatından ibarətdir.
Üçölçülü monitorların bir neçə növü var: stereoskopik, avtostereskopik, holoqrafik və s.
Stereoskopik 3D monitor hər bir göz üçün ayrı-ayrı şəkillər formalaşdırır. Bu monitorlar sərgilərdə, interyerlərin 3D modelləşdirilməsində, kompüter dizaynlarında, video oyunlarda va başqa məqsədlər üçün istifadə olunur. Bizim şirkətdə bu monitorlardan virtual turlara baxmaq üçün istifadə edilir.
3D eynək

Stereotəsvir — stereoeffektin alınmasına imkan verən, iki ayrı-ayrı təsvirlərdən istifadə etməklə alınan şəkildir.
Üçölçülü modelləşdirmə proqramında stereotəsviri yaratmaq üçün, müşahidəçılərin gözlərinə uyğun olaraq iki kameradan səhnənin ikiqat renderinq etmək lazımdır. Uyğun olaraq 3D eynək ilə işləmək üçün xüsusi monitor tələb olunur.
Aktiv texnologiyanın istifadə olunmasında eynək heç də qırmızı göy "gözlər"-i olan kardon maket deyil. Bu eynəklər tamamilə müasir texnologiya ilə uyğun gəlir və görünüşünə görə adi gün eynəklərindən az fərqlənir.