• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
3D Mühəndislik
Layihələndirmədə 3 ölçülü çap etmənin istifadə edilməsi obyektin vizualiyasiyasını, qavranmasının asanlaşdırılmasını təmin edir. Bir sıra sahələrdə (tibb, sənaye, memarlıq v.b.) 3D çap etmənin tətbiqi obyektin dəqiq canlandırılması və fiziki xarakteristikalarının imitasiyası hesabına layihəçiyə böyük zaman və pul vasitələrinə qənaət etməyə imkan verir. Yeni məmulatların üçölçülü modellərinin fiziki prototiplərinin tez və asanlıqla yaradılması imkanı məmulatın hazırlanması prosesini tezləşdirir, hələ layihələndirmə mərhələsində 3D prototiləmənin köməyi ilə nəticəni qiymətləndirmək və layihədə zəruri dəyişikləri etmək olur. Üçölçülü prototipləmə istehsal, maliyyə sərflərini və son məhsulun metalda və ya plastikdə istehsal dövrünü azaldır. Dünya təcrübəsi göstərir ki, layihə mərhələsində məmulatların protopləşdirlməsi yeni məmulatın istehsalı üçün texniki hazırlığı və hazırlanma müddətini 2-4 dəfə azaltmağa imkan verir.

3D printerlər istehsalatda rəngli metalların tökülməsi üçün master-modellərin vəya formaların, həmçinin, birbaşa kompüter modellərinin məlumatları əsasında xüsusi kimyəvi qatranlardan funksional detalların tökülməsi üçün formaların hazırlanması məqsədiilə istifadə olunur. Prototipləron tez hazırlanması- üç ölçülü fiziki prototip-modellərin 3D CAD məlumatları əsasında yaradılması texnologiyasıdır.Bu zaman onları alətlə hazırlamaq lazım deyildir. Bu proses avtomatlaşdırılmışdır və qısa zaman ərzində keyfiyyətli, digər metodlarla müqayisədə daha ucuz funksional modellərin alınmasına imkan verir. Çap etmə texnologiyasının təkmilləşdirilməsi və ən yeni materialların meydana gəlməsi son məhsulun birbaşa 3D printerdən alınması imkanı yarandı. İstənilən istehsalatçı şirkət məhsulun seriya buraxılışını etməkdən əvvəl bu malın prototipini (və hətta bir neçə prototipini) və mütləq təcrübi işçi nümunəsini hazırlayır . Modelin hazırlanma prosesini avtomatlaşdıran 3D printer modelin həndəsəsinə lazımı düzəlişlər edilməsini operativ şəkildə təmin edir. Uğurlu alınmış modelləri məhsulun kiçik seriyalarla tirajlanması üçün də istifadə etmək olar.