• 1_1.jpg
  • 2_1.jpg
  • 3_1.jpg
  • 4_1.jpg
  • 5_1.jpg
Ünvanlar Reyestri


Ünvanlar reyestrinin yaradılmasında əsas məqsəd, Azərbaycan Respublikası üzrə unikal identifikatora malik ünvanlar sistemin yaradılması və respublikada fəaliyyət göstərən bütün müəssisələrin bu sistemdən istifadəsini təmin etməkdir. Bu sistemdə hər hansı ünvan üzərində edilmiş dəyişiklik eyni zamanda bütün istidafəçilərə təsir edəcəyinə xidmət edir.

Sistemə ünvanın identifikatorunu verdikdə, poçt ünvanını və ya əksinə poçt ünvanını göstərərək ünvan identifikatorunu almaq imkanı olacaq.



Ünvan – ünvan obyektini birmənalı təyin edən və yerini qəbul olunmuş formada göstərən strukturlu təsvirdir. Ünvanlar reyesterinin obyektləri respublika əhəmiyyətli rayon, şəhər, şəhər daxili rayon, qəsəbə, kənd, mikrorayon, məhəllə, massiv, küçə, dalan, döngə, bina, mənzil və s. obyektlərdir.

Ünvanlar Reyestri(ÜR) sistemi aşağıdakı imkanlara malikdir:

  • Yeni ünvan obyektlərinin düzgün daxil olunması :
  • Yeni ünvan obyektlərinin (bina, küçə, qəsəbə, kənd, rayon, şəhər və s.) ÜR sisteminə daxil edilməsi zamanı həmin obyektlərin yerləşdiyi coğrafi məkanda digər obyektlərlə üst-üstə düşmə hallarının yoxlanması yerinə yetirilməlidir. Əgər daxil edilən hər hansı obyektin xəritə üzərində həndəsi göstəriciləri başqa bir eyni tipli obyektlər ilə üst – üstə düşərsə, yeni ünvanın daxil edilmə əməliyyatı yerinə yetirilmir və bu haqda sistem tərəfindən məlumat verilir. Əks halda əməliyyat yerinə yetirilir.
  • Mövcud olan ünvanın üzərində dəyişiklik aparmaq
  • Bina adlarını və ya nömrəsini dəyişdirilmək .
  • Binanın aidiyyatının dəyişdirilməsi .
  • Küçə adlarını dəyişdirilmək .
  • Binanın və ya digər ünvan obyektlərinin aidiyyatının dəyişdirilməsi. Yəni binanın və ya başqa ünvan obyektinin aidiyyatının bir küçədən başqa küçəyə dəyişdirilməsi və s.
  • Ünvan obyektərinin adlarını dəyişdirilməsi
  • ÜR sistemində bir neçə obyektin birləşdirilməsi və ya bir obyektin iki və ya daha çox hissələrə ayrılması əməliyyatları aparılalır. Burada aşağıdakı hallar nəzərdən keçirilə bilər.
  • Obyektlərin geometrik parametrlərinin dəyişdirilməsi
  • Obyektlər üzərində aparılmış dəyişikliklərin tarixi saxlanılmalı və keçmiş ünvanların bərpa edilməsi.
  • Ünvanlar reyestrindən mövcud məlumatın ləğv edilməsi:
    1. Seçilmiş regionun ləğv olunması imkanı təmin edir.
    2. Küçənin ləğv olunması imkanı təmin edir.
    3. Bina və ya tikililərin ləğv olunması imkanı təmin edir.
  • Sistem universal sorğu imkanına malikdir:
    • İstifadəçinin obyektin atributlarına görə ünvan obyektlərini axtarması.
    • Sorğunun nəticələrinin istifadəçinin istəyindən asılı olaraq cədvəl və xəritə kimi göstərilməsi.
    • Sistem verilmiş sorğunu yadda saxlaya, dəyişdirə və s. əməliyyatları yerinə yetirir. (Bu saxlanmış sorğular statistik məlumatların çıxarılması üçün istifadə oluna bilər).
  • Ünvanlar və ünvan obyektləri üzərində aparılan bütün dəyişikliklər haqqında məlumatların yadda saxlanılması:
    • ÜR sistemdə yeni ünvan və ya ünvan obyektləri daxil olunması haqqında məlumatların qeydiyyatı aparılır. Yeni ünvanın və ya ünvan obyektinin daxil olunma tarixi haqqında informasiya yadda saxlanılır.
    • ÜR sistemdə ünvan və ünvan elementlərinin dəyişilməsi haqqında məlumatların qeydiyyatı aparılır.
    • Ünvan və ünvan obyektlərinin ləğv edilməsi haqqında məlumatların qeydiyyatı aparılır.
    • İstifadəçi ÜR sisteminə müəyyən tarixi daxil edərkən, həmin tarixdə mövcud olan ünvanların siyahısı sistem tərəfindən istifadəçiyə verilir.
  • xəritə üzərində aşağıdakı əməliyyatları yerinə yetirir:
    • Obyektlər üzərində həndəsi əməliyyatların aparılması.
    • Obyektlər arasın da məsafənin tapılması.
    • Xəritə üzərində nöqtəyə ən yaxın müəyyən tipli obyektin tapılması;
    • Xəritə üzərində axtarışların aparılması



Ünvanlar Reyestri sisteminin tətbiq sahələri
Ünvanların vahid qeydiyyat sistemi (Ünvanlar Reyestri) Bakı şəhərindəki ünvanların unikal identifikasiyası üçün nəzərdə tutulmuşdur.